Logo

Məhkəmə-Hüquq Şurasının sədri hakim olacaq

Məhkəmə-Hüquq Şurasının sədri hakim olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məhkəmə-Hüquq Şurasının sədri yalnız Şuranın hakim üzvləri sırasından seçiləcək.

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının sədri onun tərkibindən şura üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyət müddəti beş ildir. Hazırda Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR