“Mənim həmsöhbətim Putindir, Zaxarova şərh verə bilməz” – Paşinyandan AÇIQLAMA

“Mənim həmsöhbətim Putindir, Zaxarova şərh verə bilməz” – Paşinyandan AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin KTMT-dən çıxması ilə bağlı bəyanatına münasibət bildirərək onun dediklərini anlamadığını bildirmişdi.

 

Buna cavab olaraq Ermənistan hökumətinin başçısının cavabı belə olub:"Mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir. Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, yalnız onları nəzərə ala bilər”.

 

Sfera.az xəbər verir ki, mövcud açıqlamalarla bağlı şərh verən erməni politoloq Davit Stepanyan Zaxarovanın diplomatik keyfiyyətlərini itirdiyini deyib:

 

“Hesab edirəm ki, ölkə başçısı Zaxarovanın açıqlamalarına belə cavab verməməli idi. Zaxarova diplomatik keyfiyyətlərini, əgər varsa, çoxdan itirib. Onun bütün bəyanatları diplomatik elementdə deyil, təkəbbürlü qadının ifadələridir və İrəvan ona cavab verməməlidir. Bu reaksiya Rusiyanın Ermənistan siyasətində heç nəyi dəyişməyəcək”, - politoloq bildirib.

 

Politoloq Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı fikrini isə belə dəyərləndirib:

 

"Baş nazirin bu çıxışından belə güman etmək olar ki, əgər biz Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısaq, eləcə də ərazimizdəki anklavları tanımasaq, o zaman Azərbaycan bu yolla Ermənistanı da ələ keçirəcək. Amma bununla belə, mən yaxın gələcəkdə hər hansı müharibə əlaməti görmürəm".

 

İnci


OXŞAR XƏBƏRLƏR