Logo

"Kılıçdaroğludan vəzifə tələb etməmişəm, istəsəydim..." - Sinan Oğandan İDDİALARA CAVAB

"Kılıçdaroğludan vəzifə tələb etməmişəm, istəsəydim..." - Sinan Oğandan İDDİALARA CAVAB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İkinci turda Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə qərar verən Sinan Oğan Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu ilə danışıqlar apardığına dair iddialara cavab verib.

Sfera.az bildirir ki, o, Kılıçdaroğlu ilə söhbəti zamanı çox şeylərin müzakirə edildiyini deyib.

“Davudoğlu ilə də görüşümüz oldu. Kılıçdaroğlunun daha sonra bir neçə dəfə görüş xahişi olsa da, razılaşmadım. Əgər ondan xahişim olsaydı, hər şeyi etməyə hazır idi. Amma mən vəzifə tələb etməmişəm. Sadəcə əmin deyildim. Ölkənin böhrana düşməməsi üçün böyük fədakarlıq etdim”, - Oğan bildirib.

Qeyd edək ki, bundan əvvəl Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş Sinan Oğanın Kemal Kılıçdaroğludan vəzifə istədiyini iddia etmişdi.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR