Türkiyə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi
Sentyabrın 26-da Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib. Sfera.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım