Putinin sözçüsündən Qarabağla bağlı MÜHÜM AÇIQLAMA: "Azərbaycanın razılığı ilə..."

Putinin sözçüsündən Qarabağla bağlı MÜHÜM AÇIQLAMA:

"ABŞ-nin Qarabağdakı missiya təşəbbüsündə hələlik heç bir konkretlik yoxdur". 


Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə Vladimir Putinin sözçüsü Dmitri Peskov Amerika tərəfi ilə bu mövzuda təmasların olub-olmaması sualını cavablandırarkən deyib.

 

"Xeyr, biz hələlik burada heç bir konkretlik görmürük. Orada hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz ilk növbədə bunu bilməliyik. Biz də öz növbəmizdə İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdiririk”, - Peskov bildirib.

 

Yada salaq ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ABŞ-nin Qarabağ sakinlərinin hüquqlarına riayət olunmasına nəzarət edəcək beynəlxalq missiya yaratmaq niyyətində olduğunu bildirmişdi. O əlavə edib ki, belə bir təşəbbüs “aktiv müzakirə olunur” və ABŞ müttəfiqləri ilə bu təşəbbüs üzərində işləyir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...