Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərildi

Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərildi
Kateqoriya məlum deyil
T

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

 

Sfera.az-ın verdiyi xəbərə görə, 26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.

 

Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam - Əsgəran - Xankəndi yolu ilə göndərilib.

 

Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR