Türkiyə lideri: \"Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub\"

Türkiyə lideri: \

"Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub".

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Ermənistan hazırda Xocalı qətliamının əvəzini ödəyir və ödəyəcək: "Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyondan artıq azərbaycanlı sözün əsl mənasında qovulub. Hara? Azərbaycana. İndi on ildən sonra Azərbaycan bu qətliamın cavabını tələb edir”.

 

Ərdoğan bildirib ki, ABŞ, Rusiya, Fransa və “Minsk qrupunun həmsədrləri” adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı: “Nəhayət, Azərbaycan öz göbəyini kəsdi, işi bitirdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri”.

 

Türkiyə lideri qeyd edib ki, Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub: “İllər əvvəl erməni quldur dəstələri kimi ora girməyib. İnsanları qırmaq üçün daxil olmayıb. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Yəni Azərbaycan qələbələrin müjdəsi ilə öz torpağına daxil olub. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır”.


OXŞAR XƏBƏRLƏR

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...

Çilidə təyyarə qəzası olub, çoxlu sayda insan ölüb

Çilinin Curacavi şəhərində baş verən təyyarə qəzasında altı nəfər həyatını itirib. Qəza nəticəsində pilot, köməkçi pilot, bir həkim, tibb bacısı, xəstə və xəstə...