“Mənə verdiyi suala görə vəzifəsindən azad edilib” - Qusmanı misal çəkdi+Video
“Hazırkı vəziyyətdə o, burada zərərçəkənlər adından danışır. Bilməyənlər üçün deyim ki, keçən il məhz bu forumda mənə verilən bir suala görə, - düşünürəm ki, o, eyni yerdə oturmuşdu, - bəli, onilliklərini həsr etdiyi, əslində rəhbərlik etdiyi və TASS-ın beynəlxalq xəbər agentliyi kimi inkişafı üçün çox iş gördüyü təşkilatdakı vəzifəsindən uzaqlaşdırıldı”. Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Mixail Qusmanın sualına cavab verərkən deyib.