Bahar Muradova SƏS VERDİ - FOTO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. Sfera.az xəbər verir ki, o, Nəsimi rayonu 23 saylı Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində səs verib. Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli