Putinlə müsahibə BU TARİXDƏ yayımlanacaq

Putinlə müsahibə BU TARİXDƏ yayımlanacaq

Amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə müsahibəsi fevralın 8-də dərc olunacaq.

 

Sfera.az bildirir ki, bu barədə jurnalistə yaxın mənbələr “The Wall Street Journal”a məlumat veriblər.

 

"Çox güman ki, bu müsahibə cümə axşamı dərc olunacaq", - yazıda vurğulanıb.

 

Qeyd olunub ki, Karlsonun Putinlə söhbəti jurnalistin şəxsi saytında (TuckerCarlson) dərc olunacaq. Lakin jurnalist şayiələri təsdiqləməyib.

 

Günay


OXŞAR XƏBƏRLƏR