"Şəkillərinə baxıram, deyirəm ki..." - İlqar Mirzəyevin oğlundan təsirli PAYLAŞIM
2020-ci il iyulunda baş verən Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə bağlı duyğulandıran paylaşım edib. Sfera.az bildirir ki, o, atasının doğum günü ilə bağlı fikirlərini bölüşüb. “Bugün sənin 51 yaşın tamam oldu. Ancaq heyif, biz artıq 4 ildir ki, ad günlərini sənsiz qeyd edirik. Şəkillərinə baxıram, deyirəm, görəsən 51 yaşında necə görünərdin? Saçın çox ağarardı? Üzündəki qırışlar daha da kəskin görünərdimi?