Logo

Mirziyoyev Rusiyaya gedəcək

Mirziyoyev Rusiyaya gedəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 8-9-da Moskvaya işgüzar səfər edəcək.

Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Onun Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Avrasiya İqtisadi Şurasının (EAİŞ) iclasında iştirak edəcəyi bildirilir. Bundan başqa, Mirziyoyev İkinci Dünya Müharibəsində Qələbənin 79-cu ildönümü ilə bağlı təntənəli tədbirlərdə iştirak edəcək.

Özbəkistan Prezidentinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR