Erməni Kilsəsi Paşinyanla QARŞI-QARŞIYA: “Məqsədləri onu devirməkdir, amma...”

Erməni Kilsəsi Paşinyanla QARŞI-QARŞIYA: “Məqsədləri onu devirməkdir, amma...”

Ermənistanın Tavuş rayonu istiqamətində işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasını həzm edə bilməyən Erməni Apostol Kilsəsinin ali şurası bəyanat verib. Burada ərazilərin birtərəfli qaydada Azərbaycana təhvil verilməsinə etiraz edilib, Ermənistan hakimiyyətinin danışıqlardakı mövqeyinin qəbuledilməz olduğu vurğulanıb.

 

Kilsə delimitasiyaya qarşı etiraz aksiyalarını da dəstəkləyib. Bu etirazlar necə nəticələnəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, kilsə etiraz aksiyalarını davam etdirsə də, xalqın dəstəyini ala bilmir. Onun sözlərinə görə, Azərbaycana geri verilən dörd kəndlə bağlı bu kimi etirazları Qərb də dəstəkləmir:

 

“Amma Rusiya və İran etirazlara dəstək verərək Paşinyanın devrilməsində maraqlıdır. Azərbaycan isə Nikolun hakimiyyətdə qalmasında problem görmür. Revanşist keşiş Baqrat Qalstanyanın Tavuşdan başlatdığı etiraz yürüşü İrəvanda hakimiyyət əleyhinə ümummilli mitinqin elan edilməsinə hesablanıb. Ermənistan müxalifəti isə xalqın dəstəyini ala bilmədiyindən kilsəyə dəstək verir. Lakin kilsənin bu etirazına xalqın dəstək verməsi gözlənilmir. Çünki xalq növbəti müharibədə maraqlı deyil”.

 

Ekspert bildirib ki, bir qrup keşiş revanşistlərin ortaya çıxması Paşinyanın əlini gücləndirir:

 

“Hakimiyyət kilsənin etirazına ona görə ciddi müdaxilə etmir ki, xalqın onları dəstəkləmədiyi ortaya çıxsın. Hesab edilirdi ki, müxalifətə dəstək verməyən xalq kilsənin siyasi etirazlarına qoşulacaq. Amma belə bir kütləvilik yoxdur. Bundan sonra Paşinyan kilsənin xalq dəstəyinə malik olmadığını nümayiş etdirərək onlara qarşı ciddi təzyiqləri artıracaq. 9 may tarixinə təyin edilən mitinq kilsə və revanşistlərin fiasko mitinqi olacaq”.

 

Politoloq xatırladıb ki, Ermənistanın katolikosu II Qaregin prosesləri idarə edir və Paşinyanı devirməyi hədəfləyib:

 

“Baş verənlər Azərbaycanla delimitasiya və demarkasiya prosesinə təsir etməyəcək. Ermənistanda müəyyən nüfuza malik kilsə də öz təsir gücünü itirəcək. Bundan sonra Paşinyanın islahatlarının qarşısında güc olmayacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"TikTok"da 181 nəfəri aldadaraq pullarını alan şəxsə HÖKM OXUNDU - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmu...

Dövlət Xidməti Göygöldə vətəndaş qəbulu keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov iyulun 18-də Xidmətin Göygöl rayon şöbəsinin inzibati ...

Bu ölkədə yaşıl və mavi rənglər fərqləndirilmir – Səbəb nədir?

Əksər ölkələrdə keçidə icazə verən yol işıqları yaşıl rəngdə olduğu halda Yaponiyada bu məqsədlə açıq mavi tondan istifadə edilir. İlk baxışda texniki bir səhv ...

Xəzər TV-yə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Şuradan Sfera.az-a verilən xəbərə görə, Xəzər TV televiziya kanalının...

Jurnalist olmaq istəyənlərin nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olm...

Azərbaycanlı hakim ÇL-in oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.   Sfera.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələ...