Ukrayna iki yerə BÖLÜNƏ BİLƏR: “Yaxın 20 gün ərzində...”
“Qərbin silahların verilməsini gecikdirməsi Dneprin şərqinin Rusiya tərəfindən işğal edilməsinə gətirib çıxara bilər”. Bunu Sfera.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya Xarkovu işğal edərsə və əməli yardımlar gecikirsə, Vaşinqton və Brüssel Ukraynanın şərqini Rusiyaya güzəştə gedə bilər: “Qərb hesab edir ki, Ukrayna xalqı qərb və şərqdən ibarətdir. Rusiya isə təkcə Ukraynanın şərqini deyil, Odessa daxil olmaqla, Qara dəniz sahilini işğal etməyi