İsraildən Türkiyənin addımına CAVAB: \"Ləğv edirik\"

İsraildən Türkiyənin addımına CAVAB: \

Türkiyənin birtərəfli qaydada İsraillə xarici ticarət əlaqələrinə son verməsi qarşı tərəfin də adekvat addım atmasına səbəb olub. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, İsrail buna cavab olaraq Türkiyə ilə azad ticarət müqaviləsini ləğv edəcək. Müqavilənin ləğvi ilə yanaşı müqavilədən kənar digər məhsulların idxalına 100 faizlik gömrük rüsumları tətbiq edəcək. 


İsrailin maliyyə naziri Bezalel Smotriç cümə axşamı açıqlamasında bu qərarların Türkiyənin ticarəti dayandırma hərəkətinə cavab olaraq verildiyini bildirib. 
Plan təsdiq üçün İsrail Nazirlər Kabinetinə təqdim olunacaq. 


Türkiyə Statistika Təşkilatının məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollara çatıb. Bu məbləğin 76 faizini Türkiyənin İsrailə ixracatı təşkil edib.


Vasif


OXŞAR XƏBƏRLƏR

Əraqçi: "İsrail və ABŞ-nin İrana hücumları ağır nəticələrə gətirib çıxara bilər"

İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər.   Sfera.az-ın TASS-a is...

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Həbsdə olan daha bir tiktoker ev dustaqlığına buraxılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində "Rosh l...

"Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq"-Natiq Məmmədli

"Euronews" təlimi son illər Azərbaycan mətbuat tarixində ilk hadisədir.   Sfera.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MED...

Oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada öldü

İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Talısta...

Yaponiyanın Baş naziri NATO sammitində iştirakdan imtina edəcək

Yaponiyanın Baş naziri Sigeru İsiba Haaqada keçiriləcək NATO sammitində iştirakdan imtina etmək niyyətindədir.   Sfera.az TASS-a istinadən xəbər veri...

Həbib Nurməhəmmədov: "Azərbaycanda keçirdiyim günlər heyrətamiz idi"

Tanınmış rusiyalı MMA ulduzu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında paylaşım edib.   Sfera.az-ın  məlumatına görə, 36 yaşlı sabiq çmpion Az...