Ukraynadan Avropa İttifaqına 4,2 milyon qaçqın gedib
Hazırda Avropa İttifaqı ölkələrində 4,2 milyon ukraynalı qaçqın var və onlar Avropa Komissiyasının 2022-ci ilin martında qəbul etdiyi qərarla onlara verilən müvəqqəti müdafiə hüququndan istifadə edirlər. Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin “Eurostat” statistika agentliyi məlumat yayıb. Ən çox ukraynalı qaçqın Almaniyada yaşayır - 1,3 milyon nəfər, Polşa ikinci yerdə - 0,98 milyon, Çexiya isə üçüncü yerdədir - 0,38 milyon. Müvəqqəti müdafiə hüququndan yalnız 24 fevral 2022-ci il tarixindən