Logo

İsrail aviasiyası Livanda tarixi hoteli məhv etdi

İsrail aviasiyası Livanda tarixi hoteli məhv etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrail aviasiyası Livanın şərqindəki Bəəlbək şəhərinin bombardmanı zamanı qədim Roma məbəd kompleksinin yanında yerləşən tarixi "Palmira" hotelinin binasını məhv edib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livanda hotel sahiblərinin həmkarlar ittifaqının rəhbəri Bayer əl-Əşkar bildirib.

Onun sözlərinə görə, "Palmira" Livanın əsas tarixi obyektlərindən biri idi və onun məhv edilməsi ölkə üçün böyük itkidir.

Əl-Əşkar qeyd edib ki, həmkarlar ittifaqı artıq hadisə ilə əlaqədar və tarixi obyektlərin bombardmandan qorunması məqsədilə beynəlxalq ictimaiyyətin və BMT TŞ-nin fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı səy göstərilməsi üçün ölkə hökuməti və parlamentinə müraciət edib.

1874-cü ildə tikilmiş hotel Atatürk, İvan Bunin, Şarl de Qoll, Albert Eynşteyn, Uinston Çörçill və Pablo Pikasso kimi qonaqları qəbul edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR