Parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi davam edir
Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələrin birinci oxunuşda müzakirəsi davam edir. Sfera.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasının da gündəliyinə 8 müvafiq qanun və qərar layihəsi daxil edilib. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir. Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon