Həmsədrlər Ayvazyanla da danışıqlar aparıb
Kateqoriya məlum deyil
ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) birgə bəyanat yayıblar.
Sfera.az xəbər verir ki, bəyanat ATƏT-in rəsmi saytında yayımlanıb.
Bəyanatda bildirilib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsi Andjey Kaspşik görüşlərə qatılıb.
Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesi və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar fikir mübadiləsi aparıblar.






