Logo

Gürcüstanın xarici işlər naziri Bakıya gəlir

Gürcüstanın xarici işlər naziri Bakıya gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək.

Sfera.az xəbər verir ki, səfərin məqsədi Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak etməkdir.

Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib ki, səfər çərçivəsində David Zalkaliani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici siyasət idarəsinin başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər keçirəcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib və həmin iclasda növbəti 9-cu görüşün Bakıda keçirilməsi barədə razılıq əldə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR