Dünya ölkələrinin hərbi güc reytinqi: Azərbaycan neçəncidir?
"Global Firepower” dövlətlərin hərbi gücünə görə yeni reytinqini açıqlayıb. Sfera.az xəbər verir ki, 140 ölkənin yer aldığı reytinq hərbi güc, maliyyələşmə, maddi-texniki imkanlar da daxil olmaqla, ümumilikdə 50 fakt üzrə tərtib edilib. İlk 5 yeri ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiya tutub. Pakistan və Türkiyə ordusu 10 və 11-ci sıradadır. Ölkəmizin tərəfdaşı İsrail isə 20-ci yerdədir. Azərbaycan bu sıralamada 63-cü sırada yer alıb. Qoşularımız İran 14-cü, Gürcüstan 92-ci yerdə qərarlaşıb.