Logo

Ceyhun Bayramov Makronun müşaviri ilə görüşdü

Ceyhun Bayramov Makronun müşaviri ilə görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonla görüşüb.

XİN-dən Sfera.az-a verilən məlumata görə, görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət və yeni reallıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə fazasına aid məsələlər-azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpa edilməsi, regionda kommunikasiyaların açılması, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşdırılması, Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli qaydada həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Azərbaycanın bölgədə uzunmüddətli sülh və əmin-amanlığın təmin olunmasına tərəfdar olduğu vurğulanıb.

Görüşdə, həmçinin, Azərbaycan-Fransa ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqun aktivləşməsinə hazırlığını və maraqlarını ifadə ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR