Logo

Ermənistan yenə ara qarışdırır – “Azərbaycan konkret addımlar atacaq”

Ermənistan yenə ara qarışdırır – “Azərbaycan konkret addımlar atacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Müharibənin başa çatmasından bir il ötsə də,  Ermənistan tərəfi razılaşmaları yerinə yetirmir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan şərtlər irəli sürdüyünə görə prosesdə ləngimələr davam edir və Rusiya da bunda maraqlıdır:

"Ermənistan tərəfi sabotaja əl atır. Müdafiə naziri Arşak Karapetyanı Azərbaycan ərazisinə göndərməklə, mesaj verir ki, İrəvan "status" məsələsindən geri çəkilməyəcək. Göründüyü kimi, Ermənistan tərəfi birbaşa prosesləri gərginləşdirir. Burada Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə gəldikdə isə, onlar da gərginlikdə maraqlı görünür. Yoxsa, erməni müdafiə nazirini Qarabağa buraxılmazdı”.

Politoloq qeyd edib ki, baş verənlərə baxmayaraq, Azərbaycan tərəfi konkret addımlar atacaq:

"Erməni silahlı birləşmələrinə qarşı ciddi tədbirlər görülə bilər. Hətta dövlət sərhədində Ermənistan cəzalandırıla bilər. Paşinyan mövcud şərtlərlə barışacaq, əks halda, hakimiyyətdən devriləcək. Qarabağ klanı hərəkətə keçib, Rusiya da Robert Köçəryana dəstək verir. Nikolu belə bir daxili siyasi gərginlikdən Türkiyə və Azərbaycan xilas edə bilər”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR