Logo

Aİ-də büdcə böhranı: Dörd ölkə danışıqları yarımçıq tərk etdi

Aİ-də büdcə böhranı: Dörd ölkə danışıqları yarımçıq tərk etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqında (Aİ) 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə ilə bağlı müzakirələrdə ciddi fikir ayrılığı yaranıb. Kompromis əldə etmək cəhdlərinə baxmayaraq, dörd ölkənin nümayəndələri danışıqları tərk ediblər.

Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa Şurasının prezidenti Antonio Koştanın ortaq mövqe formalaşdırmaq cəhdləri nəticə verməyib. Büdcə xərclərinin azaldılmasını dəstəkləyən ölkələrdən birinin diplomatı müzakirələrin uğursuz keçdiyini bildirib:

“Hər şey çox pis getdi. Bu, əsl müzakirə deyildi”.

Məlumata görə, fikir ayrılığı əsasən iki qrup ölkə arasında yaranıb. İspaniya və İtaliya büdcənin artırılmasını, kənd təsərrüfatına və iqtisadi baxımdan geri qalan regionlara ənənəvi maliyyə dəstəyinin qorunmasını istəyir.

Almaniya və İsveç isə xərclərin azaldılmasını, qənaət edilən vəsaitlərin müdafiə və təhlükəsizlik sahələrinə yönəldilməsini müdafiə edir.

Saatlarla davam edən müzakirələrdən sonra Danimarka, İsveç, Belçika və Avstriyanın nümayəndələri iclası tərk ediblər. Həmin ölkələrin təmsilçiləri bildiriblər ki, müzakirələrin mövcud formatı iştirakçı dövlətləri bir-birinə qarşı qoymağa və onlardan ayrı-ayrılıqda güzəştlər əldə etməyə hesablanıb.

Qeyd edək ki, daha əvvəl Antonio Koşta Aİ ölkələrinin 2028-2034-cü illər üzrə büdcənin üç əsas məsələsində razılığa gələ bilmədiyini açıqlamışdı. Söhbət büdcənin ümumi həcmindən, kənd təsərrüfatının maliyyələşdirilməsindən və yeni gəlir mənbələrinin müəyyənləşdirilməsindən gedir. Bu məsələlər üzrə fikir ayrılıqları danışıqların dalana dirənməsinə səbəb olub.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR