Logo

Putin, Tramp və Si Cinpin sülh bəyannaməsi qəbul edib - DETALLAR

Putin, Tramp və Si Cinpin sülh bəyannaməsi qəbul edib - DETALLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Çinin Şençjen şəhərində keçirilən üçtərəfli görüşün yekununda sülh bəyannaməsi qəbul ediblər.

Sfera.az xəbər verir ki, sənədin mətni Kremlin rəsmi saytında dərc olunub.

Bəyannamədə tərəflər BMT-nin islahatlarının vacibliyini vurğulayıblar. Bildirilib ki, təşkilat qlobal çağırışlara daha effektiv cavab verməli, beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində əsas missiyasına uyğun fəaliyyət göstərməlidir.

Liderlər enerji təhlükəsizliyi məsələsinə də toxunublar. Onlar neft emalı məhsullarının istehsalının və tədarükünün artırılmasını, enerji təchizatının sabitliyinin qorunmasını vacib hesab ediblər.

Sənəddə nüvə təhlükəsi ilə bağlı xüsusi müddəalar da yer alıb. Üç ölkənin liderləri nüvə müharibəsində qalibin olmayacağını və belə bir müharibəyə heç vaxt yol verilməməli olduğunu bəyan ediblər. Tərəflər nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Bundan başqa, dövlətlərin razılığı prinsipinin və rəsmi şəxslərin immunitetlərinin qorunmasının əhəmiyyəti qeyd olunub. Beynəlxalq Cinayət Məhkəməsi və oxşar qurumların səlahiyyətlərindən sui-istifadə etməməli olduğu bildirilib.

Görüşün detalları

Qeyd edək ki, Putin, Tramp və Si Cinpin noyabrın 19-da Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bir araya gəliblər.

Görüşdə Ukrayna müharibəsinin başa çatdırılması məsələsi də müzakirə olunub. Tramp tərəflərin münaqişənin həllində maraqlı olduğunu bildirib.

Rusiyada görüşün nəticələri müsbət qiymətləndirilib. Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin üzvü Leonid Slutski bəyannaməni strateji sabitlik, ərzaq və enerji təhlükəsizliyi baxımından mühüm sənəd adlandırıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR