Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Kateqoriya məlum deyil
Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, faciədən zərər çəkənlərin yanında olduğunu bildirib və xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayıb.
Açar sözlər:






