Logo

Kobaxidzedən Bakıdakı yeni səfirlik binası ilə bağlı - Sərəncam

Kobaxidzedən Bakıdakı yeni səfirlik binası ilə bağlı - Sərəncam
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək. Obyektin layihələndirilməsi və tikintisi üzrə xidmətlərin satın alınmasını Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək.

Sfera.az xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sərəncam imzalayıb.

Sənədə əsasən, səfirliyin binası Bakının Yasamal rayonunda, Nəriman Nərimanov və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən 3444,5 kv. metrlik torpaq sahəsində inşa olunacaq. Satınalma prosesi layihələndirmə və tikinti mərhələlərini özündə birləşdirən vahid “Design-Build” müqaviləsi əsasında baş tutacaq.

2026-cı ilə planlaşdırılan işlər Gürcüstanın dövlət büdcəsində Bələdiyyələrin İnkişafı Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdiriləcək. Sonrakı mərhələlərin maliyyələşdirilməsi 2027-ci il büdcəsinə, zərurət olduqda isə növbəti illərin büdcəsinə daxil ediləcək.

Tikinti başa çatdıqdan sonra bina Gürcüstanın Xarici İşlər Nazirliyinin balansına veriləcək.\\qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR