Logo

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda son beş ildə bir sıra yüksəkvəzifəli şəxslərin tutduğu post dəyişdirilib. Bəzi məmurlar nazir müavinliyindən nazir vəzifəsinə yüksəlib, bəziləri bir nazirlikdən digərinə keçib, digərləri isə hökumətdə və ya Prezidentin xüsusi nümayəndəlik institutunda yeni vəzifə tutublar.

Sfera.az son beş ildə baş verən əsas kadr dəyişikliklərinə nəzər salıb.

Son illərin ən diqqətçəkən dəyişikliklərindən biri Sahil Babayevin vəzifəsinin dəyişdirilməsi olub.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

O, 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi naziri kimi fəaliyyət göstərdikdən sonra 6 fevral 2025-ci ildə bu vəzifədən azad edilib və həmin gün maliyyə naziri təyin olunub. Beləliklə, Babayev sosial siyasət sahəsinə rəhbərlik edən nazir postundan ölkənin maliyyə sektoruna rəhbərlik edən vəzifəyə keçib.

Kadr dəyişiklikləri çərçivəsində Samir Şərifov da maliyyə naziri postunu tərk edib.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

O, 10 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin müavini təyin olunub. Şərifov 2006-cı ildən maliyyə naziri vəzifəsini tuturdu.

Muxtar Babayev isə ekologiya və təbii sərvətlər naziri vəzifəsindən Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi postuna keçib.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

O, 5 fevral 2025-ci ildə ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib və eyni gün Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. Bu dəyişiklik onun COP29 prosesindəki fəaliyyətindən sonra iqlim gündəliyi üzrə ayrıca vəzifəyə keçirilməsi ilə nəticələnib.

Digər diqqətçəkən keçidlərdən biri Anar Əliyevlə bağlıdır.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

O, 7 fevral 2025-ci ilədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. Həmin gün nazir müavini vəzifəsindən azad edilərək əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

2023-cü ildə isə Xələf Xələfovun uzunmüddətli diplomatik fəaliyyətində yeni mərhələ başlayıb.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

O, həmin il xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin olunub.

2023-cü ilin noyabrında Vüqar Mustafayev də vəzifə pilləsində dəyişikliklə gündəmə gəlib.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

O, müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri təyin olunub.

2022-ci ildə isə neft sektorunda mühüm kadr dəyişikliyi baş verib. Rövşən Nəcəf iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilərək SOCAR-ın birinci vitse-prezidenti təyin olunub.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

Bir neçə ay sonra - 21 iyul 2022-ci ildə isə SOCAR prezidenti vəzifəsinə gətirilib.

Eyni tarixdə Rövnəq Abdullayev SOCAR prezidentliyindən azad edilərək iqtisadiyyat nazirinin müavini təyin olunub.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

Beləliklə, SOCAR-ın rəhbərliyində də əks istiqamətli kadr dəyişikliyi baş verib: birinci vitse-prezident Rövşən Nəcəf prezident postuna yüksəlib, uzun illər SOCAR-a rəhbərlik etmiş Abdullayev isə iqtisadiyyat sahəsinə keçib.

Teymur Musayev də son illərdə vəzifə pilləsində yüksələn məmurlardandır.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

O, 2020-2021-ci illərdə Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin direktoru vəzifəsində çalışıb. 2021-ci ilin aprelində səhiyyə nazirinin birinci müavini təyin edilən Musayev 2022-ci il yanvarın 19-da səhiyyə naziri vəzifəsinə gətirilib

Şahin Bağırov da son illərin diqqətçəkən kadr dəyişikliklərindən biri ilə gündəmə gəlib.

Bir nazirlikdən digərinə - Son 5 ildə VƏZİFƏSİ DƏYİŞƏNLƏR

O, 2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışdıqdan sonra 2022-ci ilin iyulunda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. 2023-cü il fevralın 14-də isə Komitənin sədri vəzifəsinə gətirilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR