İlham Əliyev: "BMT qətnamələri illərlə kağız üzərində qalır"

İlham Əliyev: "BMT qətnamələri illərlə kağız üzərində qalır"
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyev beynəlxalq hüquq mexanizmlərinin işləməməsi ilə bağlı fikirlərini açıqlayıb.

Sfera.az xəbər verir ki, dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərini qəbul edərkən BMT sisteminin fəaliyyətinə də toxunub.

İlham Əliyev bildirib ki, Azərbaycan 30 il ərzində beynəlxalq mexanizmlərin işləməməsi ilə üzləşib.

“Beynəlxalq hüquq iflic vəziyyətinə düşmüşdü”, – Prezident deyib.

Onun sözlərinə görə, BMT sistemi normal fəaliyyət göstərsəydi, Azərbaycan ərazilərini güc yolu ilə geri almağa məcbur qalmazdı və itkilər daha az olardı.

Dövlət başçısı qeyd edib ki, BMT çərçivəsində elə bir mexanizm hazırlanmalıdır ki, qəbul edilən qətnamələrin həyata keçirilməsini təmin etsin.

İlham Əliyev bildirib ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri maraqlara uyğun olduqda qısa müddətdə icra edilir, digər hallarda isə illərlə kağız üzərində qalır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR