Putinin müşaviri: “Qayıdış bildiyimiz regionlarla məhdudlaşmayacaq”

Putinin müşaviri: “Qayıdış bildiyimiz regionlarla məhdudlaşmayacaq”
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putinin müşaviri Anton Kobyakov Rusiyanın işğal etdiyi Ukrayna əraziləri ilə bağlı növbəti diqqətçəkən açıqlama verib.

Sfera.az xəbər verir ki, o, Rusiya-Ukrayna müharibəsi ilə bağlı TASS-a açıqlamasında Rusiyanın ərazi iddialarının gələcəkdə də davam edə biləcəyinə işarə edib.

Kobyakov bildirib ki, hazırda Rusiya Federasiyasının tərkibində 89 federal subyekt var. O, Ukraynanın işğal olunmuş bəzi ərazilərini də “Vətənin qoynuna qayıdan” regionlar kimi təqdim edib.

Putin müşaviri daha sonra belə deyib:

“Ümid edirəm ki, bu qayıdış yalnız bildiyimiz regionlarla məhdudlaşmayacaq”.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib. Moskva 2022-ci ildə isə Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaq olunduğunu elan edib.

Bu ərazilərin ilhaqı beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Bununla yanaşı, zaman-zaman Rusiya rəsmilərinin açıqlamalarında və yerli mediada Moskvanın Ukraynanın Xarkov, Sumı, Odessa, Nikolayev və Dnepropetrovsk vilayətləri ilə bağlı da ərazi iddialarının ola biləcəyinə dair fikirlər səsləndirilib.

Bəsti

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR