Yeni təyin olunan İçveçrə səfiri kimdir? - DOSYE

Yeni təyin olunan İçveçrə səfiri kimdir? - DOSYE
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

O bundan əvvəl Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin başçısı vəzifəsində çalışıb.

Sfera.az xəbər verir ki, Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirib. 1986-cı ildən filologiya elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin İngilis dili fakültəsində baş müəllim vəzifəsində çalışıb.

O, 1992-ci ilin əvvəlində Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsinin 1-ci katibi vəzifəsinə təyin olunub, 1993-1995-ci illərdə XİN-in Hərbi-Siyasi Məsələlər Üzrə Şöbəsinin müdiri vəzifəsində çalışıb.

V.Sadıqov 1995-2004-cü illərdə Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.

1998-2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.

2004-2010-cu illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, 2010-2016-cı illərdə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2016-cı ildən

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi olub.

İngilis, rus, fransız, alman dillərini bilir.\\azxeber.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR