Rusiya hərbi bazasını Ermənistandan çıxara bilər

Rusiya hərbi bazasını Ermənistandan çıxara bilər
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Gümrüdəki Rusiya hərbi bazasının ölkə üçün lazım olmadığını düşünəcəyi təqdirdə, Moskvanın hərbi bazanı çıxarmağa hazır olduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, Putin bu barədə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında danışıb.

“Əgər Ermənistan hesab edirsə ki, Rusiya hərbi bazasına ehtiyacı yoxdur, biz hətta sabah da gedərik. Amma Ermənistan buna hazırdırmı? Buyurun. Biz heç kimə heç nəyi məcbur etməyəcəyik. Əgər erməni xalqı yanında Rusiyanın hansısa hərbi qüvvəsinin olmasını istəyirsə, biz qalacağıq, işləyəcək və əməkdaşlıq edəcəyik”, - Putin bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 1-də Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, iqtisadi əlaqələr və regional məsələlər müzakirə olunub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR