Putindən İrəvana ULTİMATUM - “Tez bir zamanda qərar verin”

Kateqoriya məlum deyil
T
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşündə Ermənistanı respublikanın Avropa İttifaqına daxil olması məsələsində daha tez qərar verməyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiya lideri qeyd edib ki, o və Paşinyan Ermənistanın Aİ-yə qoşulmaq niyyəti məsələsini dəfələrlə müzakirə ediblər.
Avqustun 24-də Paşinyan bildirib ki, Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına daxil olmaq üçün rəsmi müraciətin hazırlanmasına başlaya bilər, bundan sonra respublika hakimiyyəti Aİ-yə qoşulmaq və Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə referendum keçirmək niyyətindədir.
Açar sözlər:






