Tramp: “İranda nüvə silahı olsaydı, İsrail mövcud olmazdı”

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olması halında İsrailin mövcudluğunu itirəcəyini bildirib.
Sfera.az bildirir ki, Tramp bu barədə “Fox News”a müsahibəsində danışıb.
“İranlılar son dərəcə qəddar və pis insanlardır. Əgər onların nüvə silahı olsaydı, İsrail mövcud olmazdı”, – deyə ABŞ lideri bildirib.
Tramp qeyd edib ki, İran əslində neytral mövqe tutan bir sıra ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytə hücum edib.
ABŞ prezidenti İranın bu addımına təəccübləndiyini deyib. Onun sözlərinə görə, İranın həmin ölkələrə hücum etməsi nəticəsində Tehran əvvəl malik olduğu dəstəyin böyük hissəsindən məhrum olub.
Qeyd edək ki, daha əvvəl İran Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Əl-Minhad” bazasında ABŞ qüvvələrinin mövqelərinə zərbə endirib. Hücumun pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi bildirilib.
İnci
Sfera.az






