ABŞ Şimali Koreya ilə danışıqlara qayıdır

ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə danışıqları bərpa etmək səyləri Cənubi Koreya tərəfindən dəstəklənir.
Sfera.az xəbər verir ki, Seul eyni zamanda Koreya yarımadasının nüvəsizləşdirilməsinin vacibliyini vurğulayaraq, danışıqlar prosesində mərkəzi rol oynamağa və yüksək səviyyədə təhlükəsizlik hazırlığını qorumağa çalışır.
Cənubi Koreya Vaşinqtonla investisiya, kəşfiyyat və müharibə zamanı əməliyyatların idarə olunması sahələrində əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.
Seul həmçinin Şimali Koreyanın nüvə və raket təhlükəsinə qarşı ABŞ və Yaponiya ilə birgə hərbi təlimləri davam etdirmək niyyətindədir.
Daha əvvəl Trampın noyabr ayında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşmək imkanını müzakirə etdiyi bildirilmişdi.
Məlumata görə, ABŞ Prezidenti ilk prezidentlik dövründə başladılan diplomatik səyləri yenidən canlandırmaq və Kim Çen Inı nüvə proqramından imtina etməyə razı salmaq istəyir.
İnci
Sfera.az






