Tramp bu ərazilərin adını dəyişdirəcək

Tramp bu ərazilərin adını dəyişdirəcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanın adının dəyişdirilə biləcəyini deyib.

Sfera.az "RİA Novosti" yə istinadən xəbər verir ki, Tramp bu fikri Ontario gölü və Meksika körfəzi ilə bağlı ad dəyişikliyi təkliflərindən sonra səsləndirib.

ABŞ lideri bildirib ki, ölkənin artıq bir körfəzi və gölü var və indi okeanın da adını dəyişmək barədə düşünmək olar.

“Bəlkə də Atlantik və/və ya Sakit okeanın adını dəyişməliyik. Ola bilsin, adı bir qədər dəyişəcək”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsini təklif edib. O, bu təşəbbüsünü Kanada əyaləti Ontario ilə münasibətlərin əvvəlki kimi olmayacağı ilə əsaslandırıb.

Bundan əvvəl isə ABŞ məhkəməsi Trampın Kennedi Mərkəzinin adını öz şərəfinə dəyişdirməsinə mane olub. Mərkəzin adının dəyişdirilməsinə qarşı iddia qaldıran konqresmen Coys Bettinin müraciəti əsasında daimi məhkəmə qadağası tətbiq edilib.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR