ABŞ-də güclü yanğın: 42 min nəfər təxliyə edilir

ABŞ-də güclü yanğın: 42 min nəfər təxliyə edilir
Kateqoriya məlum deyil
T

ABŞ-nin Nevada ştatında baş verən meşə yanğını güclü külək səbəbindən sürətlə yayılıb. Vaşo dairəsində fövqəladə vəziyyət elan edilib və ərazidəki 42.000 nəfər üçün təxliyə əmri verilib.

Sfera.az xəbər verir ki, avqustun 22-də Reno şəhərinin şimal-qərbində başlayan yanğın şiddətlənərək təxminən 60 kvadrat kilometr əraziyə yayılıb. Yanğının hələ də nəzarət altına alınmadığı bildirilir.


Səlahiyyətlilər, küləyin istiqamətinin dəyişməsinin alovların yanğınsöndürmə maşınlarının üzərindən keçməsinə səbəb olduğunu, ekipajların qaynar nöqtələrə çatmasını çətinləşdirdiyini və yanğının insan tərəfindən törədildiyini bildiriblər.


Yanğında üç təcili yardım işçisi də daxil olmaqla altı nəfər xəsarət alıb və çoxsaylı evlərə ziyan dəyib. 42.000 nəfər üçün məcburi təxliyə əmri verilib. Təxminən 45.000 nəfərin yaşadığı qonşu ərazilərin sakinlərindən təxliyəyə hazır olmaları istənilib.


Nevada qubernatoru Co Lombardo Vaşo dairəsində fövqəladə vəziyyət elan edib və ştatın Milli Qvardiyasını yanğın zonasına yerləşdirib.


İradə Elsevər

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR