Tramp İrana necə zərbə endirəcək? - Sərt bəyanatın PƏRDƏARXASI

Tramp İrana necə zərbə endirəcək? - Sərt bəyanatın PƏRDƏARXASI
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı son açıqlaması beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub.

Tramp boğazın yaxın vaxtlarda yenidən gəmiçilik üçün açılacağını iddia etməklə yanaşı, bunun baş verməyəcəyi təqdirdə İrana qarşı sərt addımların atılacağını bəyan edib.

Onun sözləri Vaşinqton-Tehran münasibətlərində gərginliyin yenidən arta biləcəyi ilə bağlı suallar yaradıb.

"Boğaz çox yaxın zamanda açılacaq. Əks halda onlara güclü zərbə endiriləcək və bundan sonra boğaz açılacaq", – ABŞ prezidenti bildirib.

Bəs bu bəyanat İrana açıq hərbi təhdid kimi qiymətləndirilə bilərmi? Belə açıqlamalar regionda gərginliyi daha da artıra bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Donald Trampın İrana qarşı açıq təhdidindən sonra İranın Xarici İşlər Naziri Əraqçı Qətər, Pakistan və Türkiyə ilə telefon danışıqları apararaq danışıqlara hazır olduqlarını vurğuladılar.

Onun sözlərinə görə, Trampın bu təhdidli açıqlamaları Tehran tərəfindən real qəbul edilib və Donald Tramp ona görə də hücuma keçməyi dayandırıb :

“İndi hazırda razılıqlar əldə olunduğu vurğulanır. İran Omanla razılıq əldə olunduğunu vurğulasa da, ABŞ ilə danışıqlarını təkzib edir. Biz görürük ki, İran diplomatları həmişə yalan danışıblar, manipulyasiya ediblər.

Düşünürəm ki, Amerika və İran arasında da danışıqlar var və tərəflər arasında 60 günlük atəşkəsin qüvvəyə minməsi, Hörmüz boğazının açılması və Amerika blokadasının qaldırılması mümkündür. Ümumi götür-qoy etdikdə isə, Donald Trampın hücuma keçməməsi və belə açıqlamalar verməsi təbii ki, bir növ yaxşıdır. Sərt bəyanatlar verir, amma nəzərə alaq ki, bu kimi bəyanatlar da açıq hərbi təhdiddir və regionda gərginliyi artırır”.

M.Əsədullazadə qeyd edib ki, İran tərəfi də regionda qeyri-stabil siyasət həyata keçirir, region ölkələrinin suverenliyini, təhlükəsizliyini təhdid edir və Amerika da eyni tərzlə İranla danışır, İrana qarşı belə bir mövqe ortaya qoyur.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR