İran ABŞ-lə bağlı mövqeyini sərtləşdirdi

İran ABŞ-lə bağlı mövqeyini sərtləşdirdi
Kateqoriya məlum deyil
T

İran rəhbərliyi hesab edir ki, ABŞ-lə münasibətlərdə əvvəlki çevik yanaşma gözlənilən nəticəni verməyib, əksinə, Tehranın danışıqlardakı mövqeyini daha da zəiflədib.

Sfera.az bildirir ki, bu barədə "Reuters" yüksək vəzifəli iranlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, əvvəlki güzəşt cəhdləri yalnız Vaşinqtonun təzyiqlərini artırıb. Bu isə İran rəhbərliyində belə bir qənaət formalaşdırıb ki, məzmunlu danışıqlara başlamazdan əvvəl təsir rıçaqlarının yaradılması zəruridir.

Bildirilib ki, İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın güzəştləri zəiflik əlaməti kimi qiymətləndirdiyini və buna cavab olaraq təzyiqləri daha da artırdığını düşünür. Tehranda hesab edirlər ki, Vaşinqtonla danışıqlarda irəliləyişə yalnız tərəflərin bərabər şərtlərlə dialoq aparmasına imkan verəcək kifayət qədər təsir vasitələri olduqda nail olmaq mümkündür.

Xatırladaq ki, daha əvvəl Tehranın Vaşinqtonun Hörmüz boğazının açılması ilə bağlı son təklifini qəbul etməkdən imtina etdiyi barədə məlumat yayılmışdı.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR