Lavrov və Rubio görüşündən PROQNOZ

Lavrov və Rubio görüşündən PROQNOZ
Kateqoriya məlum deyil
T

ABŞ dövlət katibi Marko Rubionun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda ciddi dönüş yaradacağı gözlənilmir.

Sfera.az bildirir ki, bufikri Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemlərinin Tədqiqi Mərkəzinin eksperti, siyasi analitik Konstantin Bloxin NEWS.ru-ya açıqlamasında bildirib.

“Rubio ilə Lavrovun görüşündən böyük nəticələr gözləməyə dəyməz. Hamı bu görüşü diqqətlə izləyir, lakin Rusiya XİN rəhbəri öz mövqeyini dəfələrlə açıqlayıb. Onun son bəyanatları göstərir ki, ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesində iştirak etmək istəyinə dair Rusiyanın ciddi gözləntiləri yoxdur”, – deyə ekspert vurğulayıb.

Bloxinin fikrincə, ABŞ Ukrayna münaqişəsinin həllində Rusiyaya yardım etməyə meylli deyil. O bildirib ki, Vaşinqton bu münaqişənin başlanmasında birbaşa rol oynayıb və buna görə də vasitəçi kimi effektiv çıxış etməsi çətin görünür.

Politoloq əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp bir ildən artıqdır vəzifədə olsa da, onun Ukrayna istiqamətində atdığı addımlar indiyədək konkret nəticə verməyib.

Qeyd edək ki, daha əvvəl Marko Rubio iyulun 23-də Sergey Lavrovla görüş keçirəcəyini təsdiqləyib. O bildirib ki, görüş zamanı ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamaq imkanlarının olub-olmaması müzakirə ediləcək.

İnci

Sfera.az

PAYLAŞ