Bəqayi: "ABŞ beynəlxalq hüququ pozur"

Bəqayi: "ABŞ beynəlxalq hüququ pozur"
Kateqoriya məlum deyil
T

ABŞ İranı ərazisində yerləşən nüvə obyektlərinə zərbə endirməklə hədələyərək beynəlxalq hüququ pozur.

Sfera.az bildirir ki, bu barədə İranın xarici işlər naziri İsmayıl Bəqayi X sosial şəbəkəsində paylaşım edib.

“ABŞ-nin İranın dinc məqsədli nüvə obyektlərinə qarşı təkrarlanan hücum və təhdidləri BMT Nizamnaməsinin əsas prinsiplərinin, beynəlxalq hüququn, MAQATE-nin İdarə Heyəti və Baş Konfransının müvafiq qətnamələrinin, eləcə də BMT Təhlükəsizlik Şurasının qərarlarının kobud şəkildə pozulmasıdır”, – deyə XİN başçısı bildirib.

İ.Bəqayinin sözlərinə görə, Vaşinqtonun bu təhdidləri eyni zamanda İranın elmi tərəqqisinə və texnoloji inkişafına qarşı dərin kök salmış düşmən münasibətini nümayiş etdirir.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinin İranda yerləşdiyi iddia edilən yeni nüvə obyektinə zərbə endirməyi planlaşdırdığını açıqlamışdı.

İnci

Sfera.az

PAYLAŞ