ABŞ-nin üç F-15 qırıcısı qəzaya uğradı

ABŞ-nin üç F-15 qırıcısı qəzaya uğradı
Kateqoriya məlum deyil
T

Küveytdə ABŞ-nin üç F-15 qırıcısı qəzaya uğrayıb.

 

Sfera.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İranın ballistik raketlərinin və dronlarının hücumlarını dəf edərkən ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin səhvən Küveyt Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

 

Mərkəzi Komandanlıq bildirib ki, altı ekipaj üzvü təhlükəsiz şəkildə katapultasiya edilib, çıxarılıb və stabil vəziyyətdədirlər.

 

"Küveyt bu hadisəni etiraf edib və Küveyt müdafiə qüvvələrinin səylərinə və davam edən bu əməliyyatda göstərdikləri dəstəyə görə minnətdarıq",- bəyanatda deyilir. Mərkəzi Komandanlıq hadisə ilə bağlı əlavə araşdırma aparıldığını bildirib.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ