Tramp Azərbaycandan danışdı

Tramp Azərbaycandan danışdı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp prezidentliyinin ilk 10 ayında səkkiz münaqişəni dayandırdığını iddia edib və həmin siyahıda Azərbaycanla Ermənistan arasında olmuş münaqişənin də adını çəkib.


Sfera.az xəbər verir ki, Tramp bu barədə ABŞ Konqresində Nümayəndələr Palatası və Senat qarşısında "Birliyin vəziyyəti" (State of the Union) ilə bağlı çıxışı zamanı danışıb.


“İlk 10 ayımda da daxil olmaqla səkkiz müharibəyə son qoydum. Bunlar Kamboca və Tailand, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, Konqo və Ruanda arasındakı müharibələrdir. Pakistanın baş naziri dedi ki, mənim iştirakım olmasaydı, 35 milyon insan ölə bilərdi, nüvə müharibəsi ola bilərdi. Sadəcə Qəzzada müharibə çox aşağı səviyyədə davam edir”, — Tramp bildirib.


Prezidentin çıxışı zamanı Demokratlar Partiyasından olan siyasi rəqibləri onun sözlərinə “Bu yalandır!” deyə reaksiya veriblər. Tramp isə buna cavab olaraq:

 

“Bu, gülməli deyil. Sən xəstəsən”, — ifadəsini işlədib.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ