Rus diplomatlar Aİ daxilində hərəkətə edə bilməyəcəklər

Rus diplomatlar Aİ daxilində hərəkətə edə bilməyəcəklər
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 19-cu sanksiyalar paketi çərçivəsində rus diplomatlarının Aİ daxilində gediş-gəlişinə məhdudiyyətlər qoymaq barədə razılığa gəliblər. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Politico”ya Avropa rəsmisi bildirib. 

 

"İki ay əvvəl heç kim bizim razılığa gələ biləcəyimizə inanmazdı", - deyə Avropa rəsmisi əlavə edib.


Rəsminin sözlərinə görə, yeni sanksiyalar paketinin əsas komponenti iqtisadi məhdudiyyətlər olsa da, rusiyalı diplomatlar üçün Aİ daxilində səyahətlərin məhdudlaşdırılması ehtimalı Brüssel tərəfindən “faydalı” kimi qiymətləndirilir.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR