Kamran Əliyev Lyu Suesinlə görüşdü - FOTO

Kamran Əliyev Lyu Suesinlə görüşdü - FOTO

Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Çinin Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Lyu Suesinlə görüşüb, iki ölkə arasında hüquqi əməkdaşlığın beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi müzakirə olunub.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Baş prokuror dövlətlər arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edərək, müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident cənab İlham Əliyevin və Çinin Sədri Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayıb.

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Kamran Əliyev, noyabrın 15-də Baş Prokurorluq tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclasın təşkil olunacağı barədə qonağa məlumat verib.

 

Lyu Suesin səmimi qəbula görə minnətdarlığını ifadə edərək korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu sahədə prokurorluğun rolunu xüsusilə qeyd edib. Qonaq Azərbaycanın Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğulayaraq təşəkkürünü bildirib.

 

Daha sonra tərəflər qurumlar arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR

Yağışın fəsadlarının aradan qaldırılması davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində tədbirləri davam etdirir. &n...

Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar... -Prezident

Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mən...

Avropanın enerji təhlükəsizliyini bizsiz təsəvvür etmək mümkün deyil

Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.   Sfera.az x...

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış edirlər.   Sfera.az xəbər verir ki, bunun...

Əhali "yeyib-içmək" xərclərini sürətlə artırır - Səbəb nədir?

2025-ci ilin birinci rübündə əhalinin ictimai iaşə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox artıb. Üç ay ərzində əhali restoran, şadlıq saray...

Pensiyalarla bağlı VACİB XƏBƏR – Yenə artım ediləcək

Gələn il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xərcləri məlum olub.   Sfera.az xəbər verir ki, bu, 2026-cı il və sonrakı üç il...