İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini QƏBUL ETDİ

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.

 

Sfera.az xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.

 

Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.

 

Görüşdə Ulu Öndər Heydər Əliyevin Pakistana səfərinin iki ölkə arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR

Rəisinin helikopteri niyə dağla uçub? – DETALLAR ŞOK EDİR

İran Prezidenti İbrahim Rəisinin istifadə etdiyi və 19 mayda qəzaya uğrayan helikopter 30 yaşlı “Bell 212”-dir.   Sfera.az xəbər verir ki...

Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçiriləcək - FOTOLAR

Səudiyyə Ərəbistanında mühafizəkar müsəlman ölkəsinin tarixində sözün əsl mənasında yeni mərhələyə çevrilən moda nümayişi keçirilib.  Sfera.az bildiri...

Cennifer Lopezin keçmiş sevgilisi qadın döydüyünə görə üzr istədi

Reper Kombs çətin anlar yaşayır. Onun adı adı növbəti dəfə qalmaqalda hallanır. Davranışına görə üzr istəməsinə baxmayaraq, əksər izləyicilər onun səmimili...

Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan XƏBƏRDARLIQ

Son günlər qızdırmadan ölənlərin sayı artıb.   Həmçinin azyaşlılar arasında geniş yayılan qızılca səbəbindən bir neçə uşaq baş verən virus və bakteri...

Helikopterdə olan imam qəzada sağ qalıbmış - 1 saat sonra....

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterində olan İranın Təbrizin Cümə imamı Seyid Məhəmməd Əli Al-Haşimin qəzadan sonra bir saat ərzində huşu...

Nazir Əhməd Vahidliyə başsağlığı verdi

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın daxili işlər naziri Əhməd Vahidliyə başsağlığı verib.   Sfera.az xəbər veri...