Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi bildirilir. Sanksiyalara salınması təklif edilən şəxslərin adları da mediada yayılıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, adıçəkilən Dina Titus erməni lobbisinin ən aktiv üzvlərindəndir və Amerika Erməni Milli Komitəsinin (ANCA) rəsmi saytında onu tərənnüm edirlər.

 

Ekspert bildirib ki, Titus bu təşəbbüslə bağlı ötən həftə ANCA-nın qondarma “erməni soyqırımı” münasibətilə keçirdiyi mərasimdə danışıb:

 

“O, açıq şəkildə bildirib ki, “bu sənəd “artsax”da etnik təmizləməni idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyalar tətbiq edəcək. Bu cür hərəkətlərə görə onların cavab vermək vaxtıdır”. “Sanksiya siyahısına” 44 günlük müharibədə və anti-terror əməliyyatında iştirak edən yüksəkrütbəli hərbçilərimizin daxil edilməsi bunu təsdiq edir. Misal üçün, general Hikmət Mirzəyevin də adı bu siyahıdadır. Erməni lobbisi ərazi bütövlüyümüzün bərpa edilməsi və erməni seprataçılarının təmizlənməsini həyata keçirən hərbçilərimizi cəzalandırmaq niyyətindədir. Lakin sanksiya təşəbbüsünün qəbul edilməsi perspektivi zəifdir”.

 

A.Nərimanlı qeyd edib ki, xüsusilə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində müzakirələrdən ABŞ prezidentinə təqdimata qədər uzanan prosedur qaydaları bunu deməyə əsas verir:

 

“Eyni zamanda, ABŞ-nin xarici siyasət maraqları bunun mümkün olması ehtimalını azaldır. Sanksiya təşəbbüsünü erməni lobbisinin qondarma “soyqırımı”nın ildönümündə ANCA-ya “hədiyyəsi” də hesab etmək olar. Burada ən vacib məqam Azərbaycanda erməni lobbisinin sırf erməni maraqlarının nəzərdə tutulduğu bu təşəbbüsünü alqışlayanların olmasıdır. Bu təşəbbüsü alqışlayanlar “sanksiya siyahı”sı ilə tanış olublarmı, yoxsa oxumadan, mahiyyətinə varmadan dəstəkləyirlər?! Hər iki halda bu, erməni diasporu/lobbisinin əlinə oynamaqdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bunu edən tibb işçiləri cərimələnəcək

Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan ...

Atasının hədiyyəsini götürmədi, məktubunu da CIRDI

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib.   Sfera.az xəbər verir ki, "Bir gün" verilişində qonaq olan sənətçi ...

Azərbaycan onu Türkmənistana təhvil verdi

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Sap...

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...