"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.

 

“Bu, bu gün, doğrudan da, bütün cəmiyyətimizi narahat edən ciddi bir məsələdir. Gün ərzində mətbuata nəzər salanda görürük ki, hər gün  5-50 nəfər arası insan narkotik vasitələrlə bağlı məsuliyyətə cəlb olunur. Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir. Məsələyə ciddi yanaşmalıyıq” , -millət vəkili bildirib. 

 

S.Novruzovun sözlərinə görə, narkotikdən müalicə olunmaq üçün kifayət qədər dispanser yoxdur:

 

“Onların tikilib istifadəyə verilməsi, insanların sağalmasına xidmət etməlidir. Bir dispanser var idi, onun da rəhbəri bu yaxınlarda korrupsiya ilə bağlı məsuliyyətə cəlb olundu”. 

 

“Tez-tez eşidirik, deyirlər ki, “İran vətəndaşından almışam”. Bəs onlar kimdir, haradan gətirirlər onu? Kimdir bu dövlətin övladlarını zəhərləyən? Heç kim bundan sığortalanmayıb, problem hər kəsin qapısını döyə bilər. Əlimizdən gələn hər şeyi etməliyik ki, Azərbaycan uşaqlarının gələcəyinə ziyan vuran bu sistemi məhv edək”, - sonda deputat vurğulayıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir”

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...

Bu universitetin dekanı vəfat etdi - FOTO

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.   Sfera.az qaf...