“Antimilli ünsürlər Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar” – Sahib Alıyev

“Antimilli ünsürlər Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar” – Sahib Alıyev

“Antimilli ünsürlər son zamanlar yenə də haylarla çiyin-çiyinə verərək Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

 

“Cəmiyyətə aşılayırlar ki, guya, iki qardaş dövlət artıq fərqli cinahlarda dayanırlar. Bunun sifarişini verənlərin kimliyi isə heç də sirr deyil. Bu sifarişin arxasında Azərbaycan və Türkiyəni Rusiya ilə toqquşdurmağa çalışanlar durur. Cənab İlham Əliyevin Moskvaya dünənki səfəri də göstərdi ki, onların bu cəhdləri əbəsdir. Hesab edirəm ki, bu səfər işgüzar xarakterli olsa da, əslində aramızdakı əməkdaşlığa ağ səhifədən başlanmasının özülünü qoymaqla tarixi önəm daşıyır. Ona görə tarixi önəm daşıyır ki, iki dövlət arasında əlaqələrin dərinləşməsinə mane törədən faktorlar demək olar ki, aradan qalxıb. Mən bu səfər zamanı BAM-ın 50 illik yubiley tədbirlərindən birinin keçirlməsində bir rəmzlik də görürəm. Hələ 19-cu əsrdə planlaşdırılsa da, tikintisinə ötən əsrin 30-cu illərində başlanılan və dəfələrlə yarımçıq saxlanılan bu layihə Ulu Öndərin yüksək təşkilatçılıq bacarığı sayəsində necə ərsəyə gətirildisə, əminəm ki, cənab Prezident də Zəngəzur dəhlizini o cür reallaşdıracaq. Ümid etmək istərdim ki, BAM-dan haradasa 102 dəfə qısa olan bu dəmir yolunun çəkilməsi üçün Rusiya da özünün bütün təsir imkanlarını işə salacaq” , - millət vəkili bildirib.

 

Deputat qeyd edib ki, Azərbaycan cəmiyyətində Rusiyaya artıq Minsk qrupunun digər həmsədrlərindən daha müsbət yanaşılır: 

 

“Çünki Rusiya ABŞ və Fransadan fərqli olaraq torpaq bütünlüyümüzü tanıdığını açıq şəkildə dilə gətirib. Özünün hərbi kontingentini vaxtından əvvəl Qarabağdan çıxarmağa başlaması isə sözdə deyilənlərin əməldə də sərgilənməsidir. Əlbəttə, bu, qarşı tərəfin xeyirxahlığından çox, Azərbaycanın yaratdığı reallıq və atdığı addımların nəticəsidir ki, onların da arasında bir daha vurğulayıram, ötən il bu gün baş verənlər, eləcə də sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbiri həlledici rol oynayıb. Ötən il bu gün baş verənlər deyərkən mən aprelin 23-də Laçında sərhəd keçid məntəqəsinin qurulmasını nəzərdə tuturam. Belə bir addım atmaqla Azərbaycan öz torpaqları üzərində suverenliyini tam təmin etməyə qərarlılığını və bunun üçün bütün risklərə hazır olduğunu göstərdi. 

 

Xatırlayırsınızsa, regionda “qırmızı xətt” çəkənlərdən tutmuş, onların “şeytan” adlandırdıqlarınadək bütün yırtıcılar ayağa qalxaraq geriyə addım atmağımızı istədilər. Amma unudurdular ki, iradə dəmirdirsə, verilən əmrdirsə, o, heç vaxt geriyə oxunmur. Və o dəmir iradəlinin ötən il bu gün verdiyi əmrin nəticəsi idi ki, Rusiya hərbi kontingenti Qarabağı vaxtından əvvəl tərk etdi. Elə Qazaxın dörd kəndinin geri qaytarılmasında da ötən il bu gün atılan addımın rolu az deyil”. “Qədim çin mütəfəkkiri və strateqi Sun Tsızı hərb sənətində yüz döyüşdən yüzündə də zəfər çalmağı zirvə saymadığını, zirvənin məqsədinə döyüşsüz çatmaq olduğunu bildirirdi. Müzəffər Ali Baş Komandanımız sözü gedən dörd kəndimizi, onlardan da qabaq Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmaqla iki dəfə məhz belə bir örnək ortaya qoyub. Bu, əslində təkcə Ermənistanın yox, həm də beynəlxalq hüququn ancaq özləri istəyəndə işləməsini, digər hallarda BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsinə göz yumanların üzərində qələbə idi. Sonda soruşmaq istəyirəm, dörd kəndimizin qaytarılmasını Almatı deklarasiyasına bağlayanlar maraqlıdır, 30 ildə niyə bircə dəfə belə həmin sənədin adını çəkmədilər? Üç ildə nə baş verdi ki, Almatı deklarasiyası yadlarına düşdü?”, - S.Alıyev vurğulayıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir”

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...

Bu universitetin dekanı vəfat etdi - FOTO

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.   Sfera.az qaf...