Vladimir Putin: "BAM-ın inşasında Heydər Əliyevin böyük rolu olub"

Vladimir Putin: "BAM-ın inşasında Heydər Əliyevin böyük rolu olub"
Kateqoriya məlum deyil
T

Heydər Əliyev Baykal-Amur magistral xəttinin (BAM) inşasında mühüm rol oynayıb.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

 

“O, (Heydər Əliyev – red.) bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi”, - o vurğulayıb.

 

Onun sözlərinə görə, Rusiya hələ də BAM-ı inkişaf etdirir: “Atanızın layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmətlər, illər bu gün də mühüm rol oynayır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR